Modern.az

Abşeronda 15 yaşlı qız itkin düşüb - FOTO

Abşeronda 15 yaşlı qız itkin düşüb - FOTO

14 Yanvar 2019, 18:47

Abşeron rayon, Qobu qəsəbə sakini, 2004-cü il təvəllüdlü Kifayət Vəlicanova 7 gündür itkin düşüb.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yeniyetmə qızın yaxınları məlumat verib. 



Onların bildirdiyinə görə, K.Vəlicanova yaddaş pozğunluğundan əziyyət çəkir. O, evdən çıxarkən əynində qara şalvar və mavi köynək olub. 



İtkin düşən şəxslə bağlı artıq Abşeron rayon Polis İdarəsinə məlumat verilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama