Modern.az

Ümumdünya Gömrük Təşkilatının Baş katibi “ASAN xidmət”də - FOTO

Ümumdünya Gömrük Təşkilatının Baş katibi “ASAN xidmət”də - FOTO

14 Yanvar 2019, 19:43

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

 

Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, agentliyin sədri Ülvi Mehdiyev "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. 



Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan K.Mikuriya burada yaradılan şəraiti və xidmət səviyyəsini yüksək qiymətləndirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama