Modern.az

Saatlıda azyaşlı su kanalında boğuldu

Saatlıda azyaşlı su kanalında boğuldu

14 Yanvar 2019, 22:35

Saatlı rayonunda azyaşlı su kanalında boğulub. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində baş verib.

 

Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvarın 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb.

 

Azyaşlı hadisə yerində boğulub ölüb.

 

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama