Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında trap təyyarəyə çırpılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, insident İstanbul-Roma reysini həyat keçirən təyyarədə baş verib.
Qeyd olunur ki, təyyarə hərəkət vəziyyətində olmadığı üçün ciddi fəsadlar və xəsarət alanlar olmayıb.
Bununla belə, İstanbul-Roma reysi bir qədər ləngiyib və sərnişinlər Romaya digər təyyarə ilə yola salınıb.