Modern.az

Zamirə Hacıyevanın 1 milyonluq üzüyü müsadirə olundu - FOTO

Zamirə Hacıyevanın 1 milyonluq üzüyü müsadirə olundu - FOTO

15 Yanvar 2019, 11:22

Britaniyanın aidiyyəti qurumları həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın bir milyon funt sterlinqdən bahalı (təxminən 2,2 milyon manat - red.) briliyant üzüyünü müsadirə edib.


Modern.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda Telegraph məlumat yayıb.

Məlumata əsasən, Cahangir Hacıyev 8,9 karatlıq briliyant üzüyü səkkiz il əvvəl “Harrods” mağazasından alıb. 

 

Britaniyanın Milli Cinayətlərlə Mübarizə Agentliyi bankirin həmin qiymətli zinət əşyasının hansı vəsait hesabına əldə etdiyini araşdırmaq niyyətindədir.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il  müddətinə azadlıqdan məhrum edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama