Modern.az

Qarabağ müharibəsi veteranına qohumunun böyrəyi köçürüldü

Qarabağ müharibəsi veteranına qohumunun böyrəyi köçürüldü

15 Yanvar 2019, 11:50

Unikal böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan tərəfindən həyata keçirilib.

 

Modern.az-a xəstənin vəziyyəti ilə bağlı məlumat verən cərrah əməliyyatın mürəkkəbliyinin resipiyentin artıq çəkidə və patoloji piylənməsinin mövcudluğu ilə bağlı olduğunu deyib.

 

R. Şolan bildirib ki, resipiyent və donorda immunoloji uyğunluqda ciddi risklər də var idi.

 

Şöbənin nefroloqu  Nərgiz  Baxşəliyeva  da əməliyyatın uğurla keçdiyini qeyd edib.

 

“Konsiliumdan sonra biz böyrəyin köçürülməsinə qərar verdik. Rəşad Şolanın virtuoz cərrahi qabiliyyəti sayəsində bütün anatomik çətinliklərə və immunoloji maneələrə baxmayaraq, əməliyyat uğurla keçdi. Köçürülmüş böyrək hazırda normal işləyir, resipiyent və donorun vəziyyəti yaxşıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama