Modern.az

“Azərişıq”ın iki vəzifəli şəxsi işdən çıxarılıb

“Azərişıq”ın iki vəzifəli şəxsi işdən çıxarılıb

15 Yanvar 2019, 13:31

Azərişıq” ASC-nin Nərimanov rayonu üzrə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Həsən Həsənov, eləcə də bu rayonun elektrik şəbəkəsinin rəisi Səməd Mustafayev vəzifələrindən kənarlaşdırılıblar.

Modern.az “Report”a istinadən xəbər verir ki, buna səbəb onların vəzifə səlahiyyətlərini yerinə yetirdikləri zaman yol verdikləri nöqsanlardır.

İşdən çıxarılan H.Həsənovun S.Mustafayevin yerinə, yəni aşağı vəzifəyə təyin edildiyi bildirilir. 

Bununla bağlı "Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlamağa cəhd edilsə də o, telefona cavab verməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama