Modern.az

Bu nazirliyin 687 əməkdaşına intizam tədbiri tətbiq olunub

Bu nazirliyin 687 əməkdaşına intizam tədbiri tətbiq olunub

15 Yanvar 2019, 14:46

Daxili nəzarət tədbirlərinin nəticəsində ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzi aparatı və struktur bölmələri üzrə 687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, nazirliyin 26 struktur vahidi üzrə audit yoxlamaları aparılıb:

“4 struktur vahidi üzrə audit yoxlamaların nəticələrinə dair tərtib edilən sənədlər müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Həmçinin, bildirilib ki, il ərzində 255 nəfər isə dövləq qulluğuna qəbulla bağlı qanunvericilik qaydasında nazirlik sistemində işə qəbul edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama