Modern.az

DİM-dən məmur olmaq istəyənlərə XƏBƏRDARLIQ

DİM-dən məmur olmaq istəyənlərə XƏBƏRDARLIQ

17 Yanvar 2019, 11:07

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünün (inzibati rəhbər vəzifələr) AA, AB və AC qruplarına uyğun gələn vəzifələr üzrə yanvarın 27-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.

 

Bu haqda Modern.az-a DİM-dən məlumat verilib.

 

Yanvarın 17-nə olan məlumata görə, 27 nəfər qeydiyyatdan keçib.

 

İmtahan kompüter vasitəsilə aparılacaq. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

 

Xatırladaq ki, qeydiyyat yanvarın 25-i saat 17-də başa çatacaq.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama