Modern.az

Aqil Abbas kitabxana problemi HAQDA: “Ad çəkəndə küsürlər”

Aqil Abbas kitabxana problemi HAQDA: “Ad çəkəndə küsürlər”

17 Yanvar 2019, 11:38

“Kitabxana məsələsi hər zaman məni düşündürür. Kəndlərdə kitabxana qalmayıb, hamısı bağlanıb. Kitablar da hara atılıb bilinmir. Nə var ki, orada işləyənlərə 120 manat maaş verilirdi...”

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat Aqil Abbas deyib.

 

A.Abbas kitabxanalara diqqətsizliyə görə narahatlığını ifadə edib.

 

“Elektron kitabxanaya kimdir gedən? Elə evdə internetdə oxuyar da... İnsan kitabı sinəsinin üstündə oxumaq istəyir. Dövlətin çap etdirdiyi kitablar kitabxanaya çatdırılır, amma özümüzün çap etdirdiyimiz kitablar kitabxanalarda olmur.

 

Mən özüm rayona gedəndə kitablar alıb aparıram ki, bu kitablar da kitabxanada olsun, bəlkə kimsə oxumaq istəyir. Ad çəkmək istəmirəm, küsürlər, rayonların əksəriyyətində kitabxana yoxdur. Bu sahə canlandırılmalıdır”.

 

Komitə sədri Rafael Hüseynov da bu sahənin canlandırılmasının vacibliyini vurğulayıb.

 

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama