Modern.az

Sabunçuda əməliyyat: Silahlı şəxs tutuldu - FOTOLAR

Sabunçuda əməliyyat: Silahlı şəxs tutuldu - FOTOLAR

17 Yanvar 2019, 12:51

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

Modern.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Çingiz Maşallayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “AKM” markalı avtomat, 21 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Ç.Maşallayev ifadəsində həmin silah-sursatın ona məxsus olduğunu və bir müddət əvvəl Ramana qəsəbəsindən tapdığını bildirib.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama