Modern.az

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

17 Yanvar 2019, 18:45

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində (“Jurnalistlər binası”nın qarşısında) elektrik dirəyi yük maşınının üzərinə aşıb.

 

Modern.az “Report”-a istinadən xəbər verir ki, nəticədə yük maşını digər avtomobilə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Səbail Rayon İcra Hakimiyyətindən “Report”a bildirilib ki, qəzanın fəsadları aradan qaldırılır.

Qeyd edək ki, foto jurnalist Aygün Muradxanlıya məxsusdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama