Modern.az

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO

Güclü külək Bakıda fəsadlar törətdi - FOTO

17 Yanvar 2019, 22:57

Bakıda güclü külək bir sıra fəsadlar törədib. Modern.az "Report"a istinadən xəbər verir ki, paytaxtda güclü külək bəzi yerlərdə işıq dirəklərini, reklam lövhələrini aşırıb, habelə ağacları kökündən qoparıb. Bir sıra yerlərdə ağaclar avtomobillərin üstünə aşıb.

 

Kəskin hava şəraiti hətta bəzi yerlərdə yol qəzalarına da səbəb olub. Belə ki, nəqliyyat vasitələri idarəetmədən çıxaraq aşıb. Külək bir sıra yerlərdə evlərin damını qoparıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama