Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Aktual

21 Yanvar 2019, 23:39

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,04 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,43 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,93 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,02 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,99 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,14 dollar/barel çoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...