Modern.az

Uşağın doğulmasına görə verilən birdəfəlik müavinətlər avtomatlaşdırılacaq

Uşağın doğulmasına görə verilən birdəfəlik müavinətlər avtomatlaşdırılacaq

23 Yanvar 2019, 15:55

Heç bir yerə müraciət olunmadan və sənəd təqdim etmədən müavinət təyin olunacaq.

 

Modern.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindənsosial müavinətlərin elektron təyinatı sisteminin yaradılması işləri çərçivəsində ailələrə uşağın doğulmasına görə birdəflik müavinət təyinatının da cari ildə avtomatlaşdırılması nəzərdə tutulur.

Hazırda nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərkibində qurulmaqda olan “Sosial müavinət” altsistemi qeyd olunan birdəfəlik müavinət növünün elektron qaydada təyin olunmasına imkan verəcək. Nəticədə isə uşağın doğulmasına görə birdəflik müavinətin alınması üçün vətəndaşların sənəd toplayaraq quruma müraciət etməsinə ehtiyac qalmayacaq.

“Sosial müavinət” altsistemi aidiyyəti qurumların informasiya sistemlərinə inteqrasiya olunmaqla fəaliyyət göstərəcək. Yeni doğulan uşaqla bağlı məlumat aidiyyəti qurumun informasiya sistemindən əldə olunaraq elektron qaydada birdəfəlik müavinətin təyin olunması və bu barədə həmin ailəyə rəsmi məlumatın göndərilməsi təmin ediləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...