Modern.az

Paşinyan Trampın müşaviri ilə danışdı

Paşinyan Trampın müşaviri ilə danışdı

23 Yanvar 2019, 19:44

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona telefonla zəng edib.

 

Virtualaz.org erməni KİV-ə istinadıən bildirir ki, bu barədə N.Paşinyan öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, söhbət zamanı regional vəziyyətə və ikitərəfli münasibətlərə aid olan məsələlər  müzakirə edilib.

"Biz hökumətlərimiz üçün erməni-amerikan münasibətlərinin əhəmiyyətini vurğuladıq. Əlaqələrimizin daha da inkişaf etdirilməsi ətrafında müzakirələrin davam etdirilməsi barədə razılığa gəldik", - deyə erməni baş naziri əlavə edib.

 

Sonda o vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi müzakirə edilməyib.

Xatırladaq ki, C.Bolton keçən ilin oktyabrında Yerevanda olub. Bolton səfəri zamanı Birləşmiş Ştatlar tərəfindən Ermənistana və Azərbaycana silah satılması imkanı barədə açıqlama vermişdi. Bundan əlavə, Donald Trampın müşaviri bildirmişdi ki, Paşinyan seçkilərdə qalib gəlsə, Qarabağ münaqişəsinin həlli üçün "həlledici tədbirlər" görmək üçün yaxşı fürsətə malik olacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...