Modern.az

Daşqın Gülməmmədov Gürcüstan rəhbərliyinə terrorçu abidəsi ilə bağlı məktub göndərdi

Daşqın Gülməmmədov Gürcüstan rəhbərliyinə terrorçu abidəsi ilə bağlı məktub göndərdi

25 Yanvar 2019, 09:17

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov Gürcüstan dövlət və hökümət rəhbərliyinə, o cümlədən “Gürcü Arzusu” Partiyasının sədri Bidzina İvanişviliyə Xocalıda dinc əhalinin - qadınların, uşaqarın və qocaların qətlində birbaşa iştirak etmiş erməni terrorçu Mikeil Avakyana Gürcüstaın Axalkalaki rayonu Buğaşen kəndində abidə qoyulması ilə bağlı etiraz məktubu göndərib.

Modern.az-ın məlumatına görə,  Daşqın Gülməmmədov həmin abidənin təcili ləğv edilməsi tələbini qaldırıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir Mamuka Baxtadze, Parlamentin spikeri İrakli Kobaxidze, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelauriyə ünvanlanmış rəsmi məktubda aşağıdakı fikirlər və tələblər yer alıb:

“Nəzərinizə çatdırım ki, Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində, həmin yaşayış məntəqəsində doğulmuş, Ermənistan vətəndaşı, Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, 1992-ci ildə Dağlıq Azərbaycanın Xocalı şəhərində, dinc əhalini, o cümlədən qadınları, uşqları və qocaları qətlə yetirmiş terroçu Mikeil Avakyana abidə qoyulmuşdur. Çox təəssüf ki, Avropaya inteqrasiya yolu seçmiş, demokratik dəyərlətə və insan hüquqlarına üstünlük verən Gürcüstanda, insanlığa qarşı cinayət törətmiş hərbi cinayətkara, terrorçuya abidə qoyulması mümükün olmuşdur. Bu, çox böyük səhv və xətadır. Gürcüstanda terrorçuya abidə qoyulması nonsensdir. Ermənistanda belə bir praktika var. Amma bu şərəfsiz praktikanın Gürcüstana ixrac edilməsi heç bir halda Gürcüstan dövlətinə başucalığı gətirə bilməz. Ermənistan vətəndaşı Mikeil Avakyan Gürcüstan Cinayət Məcəlləsinin 144-1 (İşgəncə vermə), 407-ci (Genosid) və 408-ci (İnsanlığa qarşı cinayət) maddələri ilə cinayət törətmiş hərbi cinayətkardır. Belə bir terrorçuya Gürcüstanda abidə qoyulmalı deyil. Bu,  beynəlxalq konvensiyalara belə ziddir. Həmçinin, Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Bu ciddi bir provaksiyadır və təcili ardan qaldırılmalıdır. Axalkalakinin Buqaşen kəndində Mikeil Avakyana qoyulmuş büst dağıdılmalı və bu işə icazə verən şəxslər cəzalandırılmalıdır. Belə bir büstün qoyulması,Gürcüstanda stabilliyi poza bilər, Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər arasında milli zəmində konfliktə gətirib çıxara bilər. Bu isə Gürcüstanın milli təhlükəsizliyinə birbaşa təhdiddir. Təcili tədbir görülməsini, terrorçu Mikeil Avakyanın büstünün ləğv edilməsi üçün prosedurun başladılmasını tələb edirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım