“Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə qış tətili başlayır.
Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.