Modern.az

“Gürcüstan hökuməti bu addımı ilə ermənilərin ərazi iddiasına dəstək vermiş oldu”

“Gürcüstan hökuməti bu addımı ilə ermənilərin ərazi iddiasına dəstək vermiş oldu”

25 Yanvar 2019, 15:26

Azərbaycanlılara qarşı qəddarlığı ilə yadda qalan “Kobra” ləqəbli erməni hərbi cani Mixail Avaqyana Cavaxetiyada  açılış mərasiminin keçirilməsi  Gürcüstan rəhbərliyinin yalnız Azərbaycan xalqına deyil, özlərinə qarşı da xəyanəti kimi dəyərləndirilməlidir.

Modern.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstan hökumətinə və həmin ölkənin vətəndaş cəmiyyəti üzvlərinə səsələnən  “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli çıxış edib. O bildirib ki, ermənilərin Azərbaycana olduğu kimi rəsmi Tbilisiyə də ərazi iddiasında olmaları barədə istər Gürcüstan rəhbərliyinin, istərsədə gürcü xalqının yetərincə məlumatı var:

“Gürcüstan hökuməti mütəmadi olaraq, ermənilər tərəfindən ərazi iddiasının irəli sürüldüyünü  və bu ərazinin də məhz   Cavaxetiya olmasını bilə-bilə  erməni cinayətkarına həmin ərazidə abidə ucaltmalarını anlamaq  çox çətindir.  Onların bu qərarı  ilk növbədə gürcülərə, öz millətlərinə qarşı xəyanətdir. Digər tərəfdən, bu addımları ilə ermənilərin iddialarına dəstək vermiş oldular.

İkinci bir tərəfdən,  bu addımın 20 yanvar ərəfəsində reallaşması təbii olaraq, Azərbaycan xalqına qarşı kobud siyasi qərar kimi qəbul olunur. Bu gün Azərbaycanın Gürcüstanda  reallaşdırdığı layihələrin 100-dən birini ermənilər onlar üçün etməyiblər. Görünür Cürcüstan rəhbərliyi bunu unudub. Unudubdur ki, onlar neft ölkəsi olmasalar da, məhz rəsmi Bakının dəstəyi sayəsində problemləri həll olunub. Azərbaycan  hər  il Gürcüstanda   böyük miqyaslı layihələr reallaşdırır. 2018 –ci ilin  yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstan iqtisadiyyatına 169,8 mln. ABŞ dolları məbləğində investisiya yatırıb. Azərbaycanın dost münasibətini  rəsmi Tbilisinin görməzlikdən gəlməsi təbii ki, Azərbaycan xalqına qarşı hörmətsizlik kimi  qiymətləndirilir”.


QHT sədri bildirib ki, rəsmi Tbilisinin bu addımının qınanmasını gürcüstanlı həmkarlarından və Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı millət vəkillərindən də gözləyirlər: “Biz öz münasibətimizi gürcü həmkarlarımıza bildirmişik. İnanırıq ki, Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı millət vəkillərimiz  bu məsələni qonşu ölkənin qanunvericilik orqanında gündəmə gətirib narazılıqlarını bildirəcəklər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım