Modern.az

Hadi Rəcəbli 46 müraciəti araşdırdı  

Hadi Rəcəbli 46 müraciəti araşdırdı   

25 Yanvar 2019, 16:01

Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədri Hadi Rəcəbli növbəti vətəndaş qəbulu keçirib.  


Bu barədə Modern.az-a deputatın qərargahından məlumat verilib.

Millət vəkili ilk olaraq Qarabağ əlilləri Bəylər Teymurov, Cəlil Adışov, Qalib Əzizovu dinləyib və onların problemlərinin həlli istiqamətində addımlar atıb. Qarabağ əlilləri yaradılan şəraitə və göstərilən qayğı və diqqətə  görə deputat minnətdarlıqlarını bildiriblər.

    
Müraciət edən vətəndaşların bir qrupunun məsələsi yerindəcə öz həllini tapıb.


Sosial yardımla bağlı aidiyyatı qurumla  danışılıb və   şikayətçilərə  tövsiyə olunub ki,  sənədlərini qanunamüvafiq  hazırlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin yerli şöbəsinə təqdim etsinlər. 

Müraciət edənlər ölkədə gedən sosial-iqtisadi inkişafı xüsusi vurğulayaraq cənab Prezidentə  öz minnətdarlıqlarını bildiriblər. Bir qrup müraciətçi deputatla geniş fikir mübadiləsi də aparıb,  qanun yaradıcılığı ilə bağlı təkliflər verib, ixtisaslarına uyğun iş istəyib, üzləşdikləri kiçik bürokratik əngəllərdən söz açıb və bəzi mövcud problemləri səsləndiriblər.

 

Bütövlükdə gün ərzində qəbula gələn 46 vətəndaş diqqətlə dinlənilib və qayğıları imkan daxilində əsasən müsbət həll olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım