Modern.az

Dəmir yolu stansiyası ərazisində silah-sursat tapıldı

Dəmir yolu stansiyası ərazisində silah-sursat tapıldı

25 Yanvar 2019, 20:03

Polis əməkdaşları tərəfindən dəmir yolu stansiyası ərazisində silah-sursat tapılıb. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əməliyyatı Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları həyata keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonu Daşburun dəmir yolu stansiyasının ərazisindən 1 ədəd “F-1” qumbarası, 1 ədəd qumbara alışdırıcısı, 1 ədəd işarəverici fişəng, 7 ədəd boş avtomat sandığı, 1116 ədəd müxtəlif çaplı avtomat patronu və 1 ədəd sökülmüş vəziyyətdə olan “TOZ 8” markalı tüfəng aşkar edilərək götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım