Modern.az

Ucardakı ağır qəzada 5 nəfər yaralandı

Ucardakı ağır qəzada 5 nəfər yaralandı

25 Yanvar 2019, 23:02

Bakı-Qazax magistral yolunun 220-ci kilometrliyində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə magistral yolun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Qazax rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil Müsüslü kəndində yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 5 nəfər ağır xəsarət alıb.

 

Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım