Modern.az

Türkiyədə yaşayış binasında partlayış

Türkiyədə yaşayış binasında partlayış

26 Yanvar 2019, 16:45

Türkiyənin Hatay vilayətinin Altınözü rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində 2 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilir.

 

AzərTAc xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadası və xilasedicilər cəlb olunub. Axtarış-xilasetmə işləri nəticəsində uçmuş binanın qalıqları altından 2 nəfərin cəsədi çıxarılıb. Yaralanan 6 nəfər isə yerli xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır odluğu bildirilir.

 

Hadisə yerinə gələn rayon prokuroru və polis tərəfindən qəzanın səbəblərinin araşdırılması ilə bağlı təhqiqat başlanılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım