Bu gün Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə orada səfərdə olan RF İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovla görüşüb. QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisə ilə bağlı Vladiqafqazda konfrans keçirilib.
Şeyxülislamla Vladiqafqazda görüş zamanı bu tədbirləri yüksək dəyərləndirən İnquşetiyanın rəhbəri Y. Yevkurov qardaşı saydığı Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və ən xoş arzularını yetirməyi QMİ sədri A. Paşazadədən xahiş etdi. Görüş zamanı Azərbaycan-İnquşetiya dini-mənəvi əlaqələrinin daha da inkişaf etdirilməsi, xalqlarımızın ümumi mənafeləri naminə əməkdaşlıq, ümumqafqaz əhəmiyyətli məsələlər ətrafıında fikir mübadiləsi və məsləhətləşmələr aparıldı.
Səmimi qardaşlıq şəraitində keçən görüşün sonunda xatirə hədiyyələri təqdim olundu.