Modern.az

Azərbaycan millisi Təl-Əviv Qran-Prisində 5-ci yeri tutdu

Azərbaycan millisi Təl-Əviv Qran-Prisində 5-ci yeri tutdu

26 Yanvar 2019, 22:09

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-Pri turnirinin sonuncu yarış günündə altı cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Modern.az xəbər verir ki, Qran-Pridə ən yüksək nəticəni qadın cüdoçumuz İrina Kindzerskaya (68 kq) göstərib. Ardıcıl fransalı Laura Fuseau, litvalı Sandra Yablonskyte və sloveniyalı Anamari Velenşeki üstələyərək finala yüksələn İrina həlledici qarşılaşmada ukraynalı Yelizaveta Kalaninanı məğlub edərək qızıl medal qazanıb.

 

Bundan əvvəl isə komandamızın üzvü Məmmədəli Mehdiyev (90 kq) bürünc medala layiq görülmüşdü.

 

Bu nəticə ilə cüdo üzrə Azərbaycan yığması Belarus, Belçika, Sloveniya, Ukrayna, Rusiya, Hollandiya, İsveçrə və başqa ölkələri qabaqlayaraq beşinci yerdə qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım