ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, ABŞ Əfqanıstanda sülhün əldə olunmasında və qoşunların bu ölkədən çıxarılmasında ciddi şəkildə qərarlıdır.
Modern.az “Report”a istinadən xəbər verir ki, xəbər verir ki, o bunu öz "Twitter" mikrobloqunda yazıb.
"ABŞ sülhün əldə olunması, Əfqanıstanın beynəlxalq terrorçuluq meydanına çevrilməsi vəziyyətinin aradan qaldırılması və silahlı qüvvələrin evlərinə geri qayıtmasında ciddi şəkildə qərarlıdır", - deyə o bildirib.
Dövlət katibi əlavə edib ki, ABŞ Əfqanıstanın süverenlik və müsətəqilliyinin möhkəmləndirilməsinə can atır.