Modern.az

Zaqatalada 38 yaşlı qadın intihara cəhd edib 

Zaqatalada 38 yaşlı qadın intihara cəhd edib 

27 Yanvar 2019, 10:32

 Zaqatalada 38 yaşlı qadın intihara cəhd edib.

 

Modern.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə rayonun Lahıc kəndində baş verib. 

Kənd sakini, 1981-ci il təvəllüdlü Gülşən Muxtar qızı Balabəyeva yaşadığı ünvanda ailə münaqişəsi zəmnində intihar etmək məqsədi ilə bir-neçə dərman qəbul edib. G. Balabəyeva yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirilib ki, həkim müdaxiləsindən sonra G.Balabəyevanın vəziyyəti stabilləşib, müalicəsi Reanimasiya şöbəsində aparılır. 

Faktla bağlı araşdırma aparılır. 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım