Ağdaş rayonunda mərkəzi bazarda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata əsasən, rayonun mərkəzi bazarının ərazisində elektrik lövhəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb.
Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.