Modern.az

Balakəndə iki yaşlı körpə göldə boğuldu

Balakəndə iki yaşlı körpə göldə boğuldu

27 Yanvar 2019, 21:20

Balakən rayonunda iki yaşlı körpə göldə boğulub. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Yeni Şərif kəndində baş verib.

 

Kənd sakini, 2017-ci il təvəllüdlü Sevinc Xaqani qızı Abdullayeva babasının yaşadığı evin həyətyanı sahəsində balıq saxlamaq üçün yaradılmış sünü gölə düşərək boğulub. S.Abdullayevanın meyiti müayinə edilmək üçün Səhiyyə Nazırliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon Şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım