Suriya liderinin arvadı xərçəngdən əməliyyat olunub. Modern.az xəbər verir ki, bu barədə Suriya Prezident Katibliyi məlumat yayıb.
Məlumata görə, həkimlər Suriya lideri Bəşər Əsədin arvadı Əsma Əsədi uğurla əməliyyat edib: “Əsma Əsədin bədxassəli şişdən müalicəsi davam etdirilir. Döş əməliyyatı hərbi hospitalda uğurla başa çatıb”.