Modern.az

Biləsuvarda mikroavtobus aşdı: 3 ölü, 2 yaralı - YENİLƏNİB-2

Biləsuvarda mikroavtobus aşdı: 3 ölü, 2 yaralı - YENİLƏNİB-2

Aktual

28 Yanvar 2019, 00:07

Biləsuvarda baş verən qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub

Ötən gün gecə saatlarında Biləsuvar rayonunda baş verən ağır yol qəzası zamanı ölən 3 nəfərdən birinin və yaralananların şəxsiyyəti məlum olub.

Modern.az "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində hadisə yerində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 1966-ci il təvəllüdlü Abşeron rayonu Hökməli qəsəbə sakini Elmira Əli Ağasəfər qızı xəstəxanada keçinib. Bununla da ölənlərin sayı 3-ə çatıb.

Digər iki yaralı - 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini 1953-cü il təvəllüdlü Dəmirova Vəli Baxış qızının vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb.

Hazırda ölən iki şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvarda aşan mikroavtobusda 3 nəfər ölüb. Modern.az xəbər verir ki, hadisə nəticəsində daha 2 nəfər yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobus İrandan geri qayıdırmış.

 

***

 

Biləsuvarda mikroavtobus aşıb. Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində baş verib.

 

İlkin məlumata görə, yolda hərəkətdə olan mikroavtobus aşıb. Nəticədə ölən və yaralananlar var.

 

Sərnişinlərin kimliyi dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım