Modern.az

Müxalifət liderinə ömürlük həbs verildi

Müxalifət liderinə ömürlük həbs verildi

28 Yanvar 2019, 19:24

Bəhreyndə 2016-cı ildə qadağan edilən Əl-Vifaq Hərəkatının baş katibi Əli Salman ömürlük həbsə məhkum edilib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əli Salman “Qətərə casusluqda” ittiham olunur. 2014-cü ildə “güc tətbiq edərək siyasi rejimi dəyişməyə təşviq etmə” maddəsi üzrə 4 il həbsə məhkum edilən müxalif lider 2018-ci ildə məhkəmə qərarı ilə bəraət almışdı. Ancaq ötən ilin noyabrında Ali Məhkəmə Salmanın işinə yenidən baxaraq onu casusluqda günahlandırıb.

 

Əli Salmanın apellyasiya şikayəti təmin olunmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım