Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

28 Yanvar 2019, 23:56

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 63,23 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,39 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,3 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,5 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım