Modern.az

Rusiyada azərbaycanlı qardaş və bacının meyitləri tapılıb

Rusiyada azərbaycanlı qardaş və bacının meyitləri tapılıb

29 Yanvar 2019, 09:44

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb.

 

Modern.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bunlar 17 yaşlı Əsgərov Naib Şəmməd oğlu və 14 yaşlı Əsgərova Aida Şəmməd qızıdır.

Qardaş və bacının meyitləri şəhər kənarında kimsəsiz yerdə tapılıb. Meyitlərin üzərində fiziki zorakılıq əlaməti olmasa da onların öldürüldüyü ehtimal olunur.

 

Azərbaycanlı gənclərin ataları bizneslə məşğuldur.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım