Modern.az

Sabirabadda 3 otaqlı ev yanıb

Sabirabadda 3 otaqlı ev yanıb

29 Yanvar 2019, 10:08

Sabirabadda 3 otaqlı ev yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Suqovuşan kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım