Modern.az

Bu markalı 5 minə yaxın avtomobil geri çağırılır

Bu markalı 5 minə yaxın avtomobil geri çağırılır

29 Yanvar 2019, 22:44

“Mitsubishi” şirkəti Rusiyada 4,95 min avtomobili geri çağırıb. Modern.az xəbər verir ki, bu qərar avtomobillərin akkumulyator naqilinin qızması ilə bağlıdır.

 

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2018-ci ilin martından avqustunadək satılmış "Outlander" modellərinə şamil olunur.

 

Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım