Modern.az

Şirvanda intihara cəhd edən qadın xilas edildi

Şirvanda intihara cəhd edən qadın xilas edildi

29 Yanvar 2019, 23:14

Şirvan şəhərində intihara cəhd hadisəsi baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü yerli sakin İsgəndərli Məlahət Səfayət qızı özünü asaraq intihara cəhd edib.

 

Yaxınları tərəfindən xilas edilən qadın Şirvan Mərkəzi Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Asfeksiya diaqnozu qoyulan qadın hazırda komatoz vəziyyətdə süni nəfəs aparatına qoşulub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım