Modern.az

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

29 Yanvar 2019, 23:45

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 61,48 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,75 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,88 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,85 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 59,71 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,79 dollar/barel azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım