Türkiyənin Əskişəhər Birləşmiş Hava Hərəkət Mərkəzinin komandanı, general Özkan Edip Akgülay FETÖ/PDY terror təşkilatı ilə əlaqədə ittiham olunaraq həbs edilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, təqaüdə çıxmaq üçün müraciət edən generalla aparılan sorğu-sual zamanı onun FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələrində yerləşdirdiyi üzvləri ilə əlaqəsi sübut olunub.
O, Diyarbəkir Baş Prokurorluğunun qərarı ilə həbs edilib.