Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş rayonun Vəndam qəsəbə sakini, Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.3 ( yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə ) maddələri ilə axtarışda olan Cavidan Məhyəddinli Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində saxlanılıb.
Bu haqda Modern.az-a DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumatda bildirilib.
O, RPŞ-yə gətirilərək İstintaq bölməsinə təhvil verilib.