Modern.az

“Azərsığorta” şəhid vərəsələrinə müraciət etdi

“Azərsığorta” şəhid vərəsələrinə müraciət etdi

30 Yanvar 2019, 15:11

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 1997-ci il avqustun 2-nə qədər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş, ölmüş və itkin düşmüş hərbi qulluqçuların vərəsələrinə müraciət edib.

 

Azərsığortadan Modern.az-a verilən məlumata görə, vərəsələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmələri tövsiyə olunub:


“Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir: 

Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müarciət edə və 11000 manat məbləği ala bilərsiniz”.

 

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım