Modern.az

Rəsulzadə bələdiyyəsi hesabat verdi

Rəsulzadə bələdiyyəsi hesabat verdi

30 Yanvar 2019, 15:27

29 yanvar 2019-cu il tarixdə Rəsulzadə qəsəbəsində yerləşən 100 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və  M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.

 

Modern.az xəbər verir ki, hesabat yığıncağında  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva,  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, ərazi üzrə xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.              

Hesabat yığıncağını  giriş  nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva hesabat yığıncağı barədə məlumat verdi və sonra 2018-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etmək üçün sözü Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədova verdi.

M.Məmmədov öz çıxışında 2018-ci  il ərzində qəsəbədə həlli vacib bir sıra məsələlərin artıq həll edildiyini bildirdi və qeyd etdi ki, qəsəbənin M.Davudoğlu küçəsində yenidənqurma işləri aparılmış, bütün kommunikasiya sistemi yenilənmiş, yeni asfalt örtüyü vurulmuş, küçə işıqları çəkilmiş, ətraflarda ağaclar əkilmiş və dekorasiya işləri aparılmış və sosial lahiyələrin həyata keçirilməsi üçün aidiyyəti üzrə  müvafiq təkliflər verilmişdir.

Sonra hesabat məruzəsi ilə çıxış etmək üçün sözü M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynova verdi.

H.Hüseynov isə öz çıxışında 2018-ci  il ərzində qəsəbə ərazisində bələdiyyə tərəfindən görülmüş işlər barədə məlumat verdi və bildirdi ki, qəsəbənin 8 Mart, Z.Qəmbərov I döngə, C.Xəndan 26-cı məhəllə və Hacıbababəyov küçələrində asfaltlanma işləri aparılmış və bir sıra sosial layihələr həyata keçirilmişdir

Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən qəsəbə sakinləri M.Kazımov, Y.Alızadə, E.Haşımov  və  O.Zeynalov  məruzəyə  münasibət bildirərək  qəsəbədə həlli vacib məsələlərə toxundular.

 

 

 

        Sakinlərin qaldırdıqları problemlərə münasibət bildirən A.Əliyeva həmin problemlərin həlli istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq dövlət qurumları ilə iş aparıldığını, layihə və təkliflərin təqdim olunduğu və yaxın gələcəkdə həll ediləcəyini qeyd etdi.

 

    Sonda  2018-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin  və M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar  tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edildi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım