Modern.az

Milli Məclisin əməkdaşı "Gənclərin dostu" Milli Mükafatına layiq görüldü

Milli Məclisin əməkdaşı "Gənclərin dostu" Milli Mükafatına layiq görüldü

31 Yanvar 2019, 13:12

Milli Məclisin Elm və Təhsil Komitəsinin eksperti Coşqun Məmmədov "Elm və təhsil sahəsində maarifləndirmə xidmətlərinə görə" "Gənclərin dostu" Milli Mükafatına layiq görülüb.

 

Modern.az xəbər verir ki, mükafatı təqdim edən Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə Coşqun Məmmədovun "Elm və təhsil sahəsində maarifləndirmə xidmətlərinə görə" təşkilat tərəfindən bu mükafata layiq görüldüyünü bildirib.

 

Mükafata görə təşəkkür edən Coşqun Məmmədov Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən işlərdən danışıb:

 

“Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti, gənclərə göstərilən xüsusi diqqət və qayğı, bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, dövlət başçısı gənclərlə mütəmadi görüşlər keçirir, onları düşündürən, narahat edən problemlərlə yaxından tanış olur və bu istiqamətdə öz dəyərli tövsiyə və tapşırıqlarını verir. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektə, biliyə və təhsilə malik, innovasiya yönümlü, vətənpərvər, öz xalqına, dövlətinə, milli adət-ənənələrinə sadiq yeni bir nəsil - müasir Azərbaycan gəncliyi yaranıb.

 

Gənclərlə bağlı görülən işlər, həyata keçirilən bu kimi tədbirlər bir daha dövlətin bu sahəyə olan qayğısını və diqqətini ifadə edir. Bugünkü tədbir də bunun bariz nümunəsidir”.

 

Qarşıdan gələn “Gənclər Günü” münasibətilə bütün gəncləri təbrik edən Coşqun Məmmədov Gənclər Mərkəzi İctimai Birliyinə bundan sonrakı səmərəli fəaliyyətində uğurlar diləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım