Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayı ərzində şəhər sakini N.Qurbanovanın bank hesabından 300 manatını çıxararaq oğurlamaqda və daha 5 qadına qarşı dələduzluq etməkdə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov saxlanılıb.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Araşdırma aparılır.