Modern.az

Elman Rüstəmov: “Ən amansız vergi inflyasiyadır”

Elman Rüstəmov: “Ən amansız vergi inflyasiyadır”

Aktual

1 Fevral 2019, 12:10

“2018-ci ildə Azərbaycan iqtisdiyyatı inkişaf edib, dövlət və iqtisadi quruculuqda yaxşı nəticələrə nail olunub”.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

 

E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bankın fəaliyyəti öz mandatına uyğun olaraq ölkədə inflyasiya proseslərinin səngiməsinə yönəldilib:

 

“Hazırda markroiqtisadi sabitlik təmin olunub. Başlıca vəzifə bu sabitliyin dayanıqlığının təmin edilməsidir. 2017-ci ili makroiqtisadi göstəricilər baxımından 13 faizlik inflyasiya ilə yekunlaşdırmışdıqsa, 2018-ci ilin əvvəlində birrəqəmli inflyasiya müşahidə olundu, ilin sonunda orta illik inflyasiya 2, 3 faizə düşdü. Mərkəzi Bankın il ərzində izlədiyi 12 faizlik inflyasiya 1,5 faiz təşkil etdi. Burada həyata keçirilən mənzənnə sabitliyinin xüsusi rolu olub”.

 

Sədr makroiqtisadi göstəricilərdə əsas parametrlərin inflyasiya səviyyəsinə kökləndiyini qeyd edib:

 

“Nədənsə bizi hər zaman məzənnə maraqlandırır. Başlıca olaraq bütün dünyada hamının diqqət mərkəzində olan məsələ inflyasiyadır. İnflyasiya əhalinin həyat səviyyəsinin, ölkədəki iqtisadi göstəriciləri xarakterizə edir. Belə bir deyim var: “Ən amansız vergi inflyasiyadır”. Bu baxımdan qiymətlər nə qədər aşağı və sabit olsa insanların həyat səviyyəsi yüksək olar. Aşağı inflyasiya investisiya və işgüzar mühit üçün əlverişli göstəricilərindədir.

 

Ötən il Mərkəzi Bank tərəfindən 6,8 inflyasiya proqnozu verilmişdi. Biz proqnozu dəyişdik. İlin sonunda inflyasiyanın 2, 3 faiz olacağını bildirdik və ili də bu göstərici ilə yekunlaşdırdıq.

 

Ən əsası 2018-ci ildə ictimaiyyəti maraqlandıran məzənnənin dayanıqlılığı təmin olundu. Bu tələb və təklifin qarşılıqlı münasibətlərinə görə təmin edildi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım