“Onlayn media ilə bağlı qanun layihəsinin hazırlanması sürətləndirilməlidir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib.
F.Mustafa onlayn media ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını indiki mövcud situasiya ilə əlaqələndirib:
“Hesab edirəm ki, buna indiki dövrdə ehtiyac var və qanun layihəsinin hazırlanması sürətləndirilməlidir”.
Deputat həmçinin Əhməd bəy Ağaoğluna heykəl ucaldılmasını təklif edib. O bildirib ki, bu il Ağaoğlunun 150 illik yubileyi tamam olur:
“Hesab edirəm ki, bu heykəl Gürcüstanda azərbaycanlılar yaşayan bölgədə ucaldılmalıdır. Bu, elə bizim Gürcüstandakı indiki situasiyaya, yəni, erməni terrorçusuna qarşı heykəl ucaldılması məsələsinə ən böyük etirazımız olardı. Bu məsələdə ümumi sözlərlə kifayətlənmək olmaz”.
Mail Ağaxanov