Modern.az

Oğurluğa görə axtarışda olan iki nəfər saxlanıldı

Oğurluğa görə axtarışda olan iki nəfər saxlanıldı

Aktual

1 Fevral 2019, 15:06

Qubada oğurluğa görə axtarışda olan iki rayon sakini saxlanılıb.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumatda bildirilib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq-təkrar törədildikdə) maddələri ilə axtarışda olan rayonun 1-ci və 2-ci Nügədi kənd sakinləri 49 yaşlı Həbib Kərimov və 66 yaşlı Qəribşah Hacağayev şəhər ərazisində saxlanılıblar.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım