Modern.az

Ötən il ən çox bu ölkələr qızıl alıb

Ötən il ən çox bu ölkələr qızıl alıb

Aktual

1 Fevral 2019, 15:45

Dünya bazarlarında qızıla olan tələb 2018-ci ildə 74 faizədək artıb.

Modern.az xəbər verir ki, Dünya Qızıl Şurası (WGC) tərəfindən nəşr olunan hesabata görə, ötən il Rusiya, Türkiyə və Qazaxıstan dünyanın ən çox qızıl alan üç ölkəsi olub.

 

2018-ci ildə mərkəzi banklar tərəfindən satın alınan qızılın miqdarı keçən il 651,5 tona çataraq, 1971-ci ildən bu yana ən yüksək səviyyəyə yüksəlib.

 

Rusiya keçən il 274,3 ton qızıl alıb və 2018-ci ilə dünyanın qızıl ölkəsi olaraq, adını yazdırıb.

 

Türkiyə isə keçən il qızıl ehtiyatlarını 51,5 ton səviyyəsində artıraraq, dünyanın ən çox qızıl alan ikinci ölkəsi olub.

 

Son səkkiz il ərzində qızıl ehtiyatlarını davamlı artıran Qazaxıstan ötən il 50,6 ton alaraq dünyanın qızıl ölkələri arasında üçüncü yeri tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım