Modern.az

Spikerdən deputatlara XƏBƏRDARLIQ: “Heç kimi zorla millət vəkili etməyiblər”

Spikerdən deputatlara XƏBƏRDARLIQ: “Heç kimi zorla millət vəkili etməyiblər”

1 Fevral 2019, 17:26

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

 

Modern.az-ın məlumatına görə, buna səbəb bəzi deputatların iclasda iştirak etməməsi olub.

 

Spiker hər kəsə işində diqqətli olmağı tapşırıb: 

 

“Bəzi deputatlar günün birinci yarısı gəlir, ikinci yarısı iclasda olmurlar. Heç kim kimdənsə artıq deyil. Heç kimi zornla millət vəkili etməyiblər.

 

Bu, bizim birinci iş yerimizdir. Milli Məclisin ayda 3-4 dəfə iclası olur. Hamı vaxtı-vaxtında iclasda iştirak etsin. Üzürlü səbəb hamıda ola bilər. Olur ki, Milli Məclisin birinci yarısında iştirak edib, ikinci yarısında olmurlar. Bunu nə qədər demək olar? Belə işləmək saymamazlıq olur”-, deyə O.Əsədov vurğulayıb.

O.Əsədov deputatların telefonlarına zəng gəlməsinə də irad bildirib.

 

“Ay millət vəkilləri, girmisiniz Milli Məclisə. Hər dəfə sizə xəbərdarlıq edirik. Bu telefonlarınızı səssizə qoyun da!”

 

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım