Saatlı rayonunda azyaşlılara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.
Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Fevralın 1-də Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə tədbir keçirilib.
Reyd nəticəsində rayonun Şirinbəyli kəndi ərazisində 1 mağaza satıcısının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması aşkar edilib.
Bu istiqamətdə reydlər davam etdirilir.